“P.1.2” olaraq təyin edilən bu növün hələlik daha yoluxucu və ya ölümcül olduğunu söyləmək mümkün deyil “P.1.2” olaraq təyin edilən bu növün hələlik daha yoluxucu və ya ölümcül olduğunu söyləmək mümkün deyil

Koronavirusun mutasiya etmiş yeni növü aşkarlandı

“P.1.2” olaraq təyin edilən bu növün hələlik daha yoluxucu və ya ölümcül olduğunu söyləmək mümkün deyil

Braziliyanın Rio-de-Janeyro ştatında mütəxəssislər koronavirusun mutasiya etmiş yeni növünü aşkar ediblər.

AzNews.az TASS-a istinadən xəbər verir ki, bu barədə regional səhiyyə idarəsi məlumat yayıb.

Dövlət Səhiyyə Departament rəhbərinin müavini Klaudia Mellun bildirib ki, virusun yeni növünə əsasən ölkənin şimalında, eyni zamanda mərkəzində və şimal sahilində rast gəlinib.

Onun sözlərinə görə, “P.1.2” olaraq təyin edilən bu növün hələlik daha yoluxucu və ya ölümcül olduğunu söyləmək mümkün deyil.