- Dünyanın halı
- 13 May 2021 12:43
- 5 055
Bu ölkədə koronavirusdan daha 2 494 nəfər ölüb
Bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər
Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 76 692 nəfər yoluxub.
AzNews.az-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 15 359 397 nəfərə çatıb.
Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 2 494 nəfər ölüb, ölənlərin ümumi sayı 428 034 nəfər təşkil edir.