İlkin məlumatlara görə, nümayişə 25 min nəfər qoşulub İlkin məlumatlara görə, nümayişə 25 min nəfər qoşulub

Madriddə kütləvi etiraz aksiyası keçirilir

İlkin məlumatlara görə, nümayişə 25 min nəfər qoşulub

Bu gün günorta saatlarından başlayaraq Madriddə kütləvi nümayiş keçirilir.

AzNews.az yerli “24 Oras” telekanalına istinadən xəbər verir ki, etirazçılar kataloniyalı siyasətçilərin mümkün əfvinə qarşı çıxış edirlər.

İlkin məlumatlara görə, nümayişə 25 min nəfər qoşulub.

Etirazçılar İspaniyanın Baş naziri Pedro Sançesin istefasını tələb edən şüarlar səsləndirirlər. Onların pandemiya ilə bağlı sosial məsafə tələbinə riayət etmədikləri bildirilib.

Həmçinin, nümayişə müxalifətin başçısı sayılan müahfizəkar “Xalq Partiyası”nın sədri Pablo Kasadonun da qatıldığı qeyd olunub.