2020-ci ilin sentyabrında koronavirusa yoluxan şəxsin testi 2021-ci ilin aprelində neqativ nəticə göstərib 2020-ci ilin sentyabrında koronavirusa yoluxan şəxsin testi 2021-ci ilin aprelində neqativ nəticə göstərib

218 gün koronavirusla gəzdi, anticisim yaranmadı

2020-ci ilin sentyabrında koronavirusa yoluxan şəxsin testi 2021-ci ilin aprelində neqativ nəticə göstərib

Braziliyalı alimlər araşdırma zamanı koronavirusa yoluxan və 218 gün sağalmayan xəstəyə rast gəliblər.

AzNews.az bildirir ki, “MedRxiv”də yayılan nəticələrə görə, 40 yaşlı kişi koronavirusa yoluxmadan əvvəl xərçəngdən müalicə aldığı üçün immunitet sistemi zəifləmiş olub.

2020-ci ilin sentyabrında koronavirusa yoluxan şəxsin testi 2021-ci ilin aprelində neqativ nəticə göstərib.

Araşdırma aparan mütəxəssislərdən biri bildirib ki, virus 218 gün orqanizmdə çoxlmağa başlayıb və mutasiyaya uğrayıb. Deməli bütün bu müddət ərzində virusu başqalarına ötürmək riski olub.

Eyni zamanda xəstədə anticism yaranmayıb.

Həkim qeyd edib ki, mutasiyanın bir orqanizm daxilində baş verməsi narahatlıq yaradan vəziyyətdir, çünki bu, insan orqanizminə daha yaxşı uyğunlaşan virus variantının ortaya çıxmasının dəstəklənməsi deməkdir.