Cümə günü isə 10 743 nəfər virusa yoluxub Cümə günü isə 10 743 nəfər virusa yoluxub

Yaponiyada yoluxma sayı rekord həddə çatıb

Cümə günü isə 10 743 nəfər virusa yoluxub

Yaponiyada yeni növ koronavirusa yoluxma hadisələrinin sayı ardıcıl dörd gündür ki, rekord həddi keçir. Son sutkada 12 342 nəfər COVID-19 infeksiyasına yoluxub

Aznews.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Belə ki, çərşənbə günü 9 576, cümə axşamı 10 699, cümə günü isə 10 743 nəfər virusa yoluxub.

Son 24 saat ərzində paytaxt Tokioda da yoluxma rekord səviyyəyə qalxıb – 4 058 nəfər. Bu, gündəlik yoluxma sayına görə ən yüksək göstəricidir. Artıq üçüncü gündür ki, Tokioda fasiləsiz olaraq virusa yoluxanların sayı 3,8 min nəfəri ötür.

Yaponiya hökuməti epidemiya vəziyyətinin pisləşməsini delta ştammı ilə əlaqələndirib.