Hadisə qonaqlar çayda qayıqda üzən zaman baş verib Hadisə qonaqlar çayda qayıqda üzən zaman baş verib

Toy mərasimində 16 nəfəri ildırım vuraraq öldürüb

Hadisə qonaqlar çayda qayıqda üzən zaman baş verib

Banqladeşdə toy mərasiminin 16 iştirakçısını ildırım vurub.

Aznews.az xəbər verir ki , bu barədə polisə istinadən yerli “Daily Bangladesh” nəşri bildirib.

Məlumata görə, hadisə ölkənin şimalında Şibqanc dairəsində, mərasimin qonaqları Padma çayında qayıqda üzən zaman baş verib.

Polis bildirib ki, hadisə zamanı azı 6 nəfər xəsarət alıb. Onlar yerli xəstəxanalara çatdırılıblar. Hakimiyyət orqanları ölənlərin sayının arta biləcəyini istisna etmir.