Toqquşmanın səbəbi açıqlanmır Toqquşmanın səbəbi açıqlanmır

Liviyada iki hərbi helikopter toqquşub, iki pilot ölüb

Toqquşmanın səbəbi açıqlanmır

Liviya Milli Ordusunun iki hərbi helikopteri Benqazi şəhərində toqquşub.

Aznews.az xəbər verir ki, bu barədə "TASS"a feldmarşal Xəlifə Haftar qüvvələrinin komandanlığındakı mənbə məlumat verib.

Məlumata əsasən, hadisə Benina aviabazası yaxınlığında baş verib. Qəza nəticəsində helikopterlərdən birinin iki pilotu hələk olub.

Pilotlardan biri briqada generalı Buzid əl-Barasi olub.

Toqquşmanın səbəbi açıqlanmır. Hadisə ilə bağlı araşdırma aparılır.