Əlcəzairin sabiq prezidentinin qardaşı 2 illik həbs cəzasına məhkum edilib

Əlcəzair məhkəməsi ölkənin sabiq prezidenti i korrupsiya ittihamı ilə iki il müddətinə həbs cəzasına məhkum edib

Məhkəmə, həmçinin keçmiş ədliyyə naziri Tayeb Luxu xidməti vəzifəsindən sui-istifadəyə görə 6 il həbs cəzasına məhkum edib.

Əlcəzairdə Buteflika dövrünün hakim elitasının bir sıra yüksək vəzifəli nümayəndələri keçmiş prezidentin istefasından sonra 2019-cu ilin aprel ayının əvvəllərində cinayət təqibi ilə üzləşiblər. Belə olan halda hərbi tribunal keçmiş prezidentin ən yaxın məsləhətçisi sayılan kiçik qardaşı Səidin, habelə Əlcəzair təhlükəsizlik qüvvələrinin keçmiş koordinatoru, general-mayor Osman Tartağın və kəşfiyyat və təhlükəsizlik idarəsinin keçmiş rəhbəri general Məhəmməd Medyenin orduya və dövlətə qarşı sui-qəsd ittihamı ilə həbsinə qərar verib.