Ölkə Prezidenti bütün vətəndaşları təcili peyvənd olunmağa çağırıb Ölkə Prezidenti bütün vətəndaşları təcili peyvənd olunmağa çağırıb

Cənubi Afrikada koronavirusun dördüncü dalğası başlayıb

Ölkə Prezidenti bütün vətəndaşları təcili peyvənd olunmağa çağırıb

"Cənubi Afrika Respublikasında koronavirusun dördüncü dalğası başlayıb".

Aznews.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Kiril Ramafosa bildirib və bütün vətəndaşları təcili peyvənd olunmağa çağırıb.

Bu gün ölkədə “omikron” ştamının üstün olduğunu qeyd edən dövlət başçısı vətəndaşları maska taxmağa, sosial məsafə gözləməyə, kənar şəxslərlə təmasları minimuma endirməyə də dəvət edib.

Qeyd edək ki, ötən həftə ölkədə koronavirusa gündəlik yoluxma beşqat artıb. İki həftə bundan əvvəl verilən testlərin 2 faizi müsbət çıxırdısa, hazırda bu göstərici dörddəbirə yaxındır.