- Dünyanın halı
- 16 Aprel 2022 21:18
- 4 561
Erməni qadın Fransada kazinodan 50 000 avro oğurlayıb
İltizam alınaraq sərbəst buraxılan qadın yaxın günlərdə hakim qarşısına çıxarılacaq
Fransanın Bezanson şəhərindəki kazinodan pul oğurlayan şəxs məlum olub.
Aznews.az xəbər verir ki, 2021-ci ilin fevral – may aylarında kassada təxminən 50 000 avro nağd pulun çatışmadığı müəyyən edilib. Maliyyə itkisinə görə şirkətdə başlayan daxili yoxlama zamanı vəsaiti 43 yaşlı erməni qadının mənimsədiyi aşkara çıxıb. Məlum olub ki, Ermənistan vətəndaşı olan qadın mühasibatda məsul vəzifə tutub və nağd pulların saxlanmasına birbaşa cavabdehlik daşıyıb. Qadın pulları mənimsəmək üçün sənədləri saxtalaşdırıb.
İltizam alınaraq sərbəst buraxılan qadın yaxın günlərdə hakim qarşısına çıxarılacaq.