- Dünyanın halı
- 21 Aprel 2022 23:59
- 4 768
BMT Ukraynada müharibə qurbanlarına kömək üçün 50 milyon dollar ayırıb
Bundan əvvəl BMT yenidən Ukraynadan humanitar dəhlizlər təşkil etməyə dair çağırış edib
BMT Ukraynaya əlavə olaraq 50 milyon dollar ayırıb.
Aznews.az xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi məlumat yayıb.
Vəsait Rusiya ilə müharibədən əziyyət çəkən ukraynalılara yardım üçün nəzərdə tutulub.
Xatırladaq ki, Ukraynada məcburi köçkünlərə 2-3 min qrivna yardım ödəyirlər.
Bundan əvvəl BMT yenidən Ukraynadan humanitar dəhlizlər təşkil etməyə dair çağırış edib.