- Dünyanın halı
- 15 May 2022 21:46
- 5 831
Misir BVF-dən yeni kredit almaq niyyətindədir
BVF ilə razılığın bir neçə ay ərzində əldə edilməsi planlaşdırılır
Misir Beynəlxalq Valyuta Fondundan (BVF) yeni kredit almaq niyyətindədir.
Aznews.az xəbər verir ki, bunu ölkənin baş naziri Mustafa Madbuli Qahirədə keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, BVF ilə razılığın bir neçə ay ərzində əldə edilməsi planlaşdırılır.
"Bir neçə aydan sonra proqram həyata keçiriləcək", - deyə baş nazir əlavə edib.