Son on ildə Suriyada 300 mindən çox mülki şəxs qətlə yetirilib

Ali Komissar bu rəqəmin indiyədək ən böyük təxmin olduğunu qeyd edib

2011-ci ilin martından bəri Suriyada 306 887 mülki şəxs qətlə yetirilib.

Aznews.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Mişel Baçelet bildirib.

Ali Komissar bu rəqəmin indiyədək ən böyük təxmin olduğunu qeyd edib.

Mişel Baçelet əlavə edib ki, bunlar sadəcə birbaşa hərbi əməliyyatlar nəticəsində həyatını itirənlərdir və səhiyyə çatışmazlığından, qida və ya təmiz su qıtlığından ölənlər, eləcə də mülki olmayan itkilər bura daxil deyil.