Danışıqlar Soçidəki “Rus” sanatoriyasının "İmperial" korpusunun "Yaşıl" zalında gedir Danışıqlar Soçidəki “Rus” sanatoriyasının "İmperial" korpusunun "Yaşıl" zalında gedir

Ərdoğan və Putinin görüşü başlayıb

Danışıqlar Soçidəki “Rus” sanatoriyasının "İmperial" korpusunun "Yaşıl" zalında gedir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında görüş başlayıb.

“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı əməkdaşlıqda “yeni səhifənin açılacağını” deyib.

O, Türkiyənin Mersin şəhərində “Akkuyu” AES-in tikintisi layihəsi çərçivəsində işlərin davam etdirilməsinin vacibliyini də vurğulayıb:

“Ümid edirəm ki, bugünkü danışıqların nəticələrindən sonra məsələ müəyyən nöqtəyə gətiriləcək, qiymətləndirmə aparılacaq, qərarlar veriləcək ki, bu da prosesin uzanmasının qarşısını alacaq”.

Türkiyənin dövlət başçısı işlərin əvvəllər təsdiq edilmiş qrafikə uyğun həyata keçirilməsinin vacibliyini vurğulayıb və xatırladıb ki, “Akkuyu” AES Türkiyənin ehtiyac duyduğu bütün elektrik enerjisinin 10 faizini istehsal edəcək.

Putin öz növbəsində bildirib ki, Türkiyənin də iştirak etdiyi “Türk axını” qaz kəməri bu gün Avropanı Rusiyadan qazla təmin etmək üçün ən mühüm arteriyalardan biridir.

Danışıqlar Soçidəki “Rus” sanatoriyasının "İmperial" korpusunun "Yaşıl" zalında gedir.