"Mən bu mənfi tendensiyadan narahatam" "Mən bu mənfi tendensiyadan narahatam"

BMT-dən İsrail-Fələstin bəyanatı

"Mən bu mənfi tendensiyadan narahatam"

Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərq Sülh Prosesi üzrə Xüsusi Koordinatoru Tor Vennesland dünən İsrail ordusunun Cenin əməliyyatı zamanı çıxan qarşıdurmada 4 fələstinlinin öldüyünü, 40-dan çoxunun isə yaralandığını açıqlayıb.

“Mən bu mənfi tendensiyadan və işğal olunmuş İordan çayının qərb sahilində artan qeyri-sabitlikdən narahatam”, - Vennesland bildirib.

O tərəfləri mülki əhalinin gündəlik həyatına zərər vuran vəziyyətdən çəkinmək üçün hər cür səy göstərməyə çağırıb.

Züriyə Qarayeva