Çavuşoğlu Quterreş ilə görüşüb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Mərakeşin Fes şəhərində keçirilən Sivilizasiyalar Alyansının 9-cu Qlobal Forumunda iştirak edib.

AzNews.az xəbər verir ki, Çavuşoğlu Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreşlə görüşüb.

Nazir sosial media hesabından görüşlə bağlı paylaşım edib: "Ukraynadakı son hadisələri, İstanbul Taxıl müqaviləsini, Suriya və Liviya başda olmaqla regional hadisələri BMT baş katibi ilə müzakirə etdik", - deyə o bildirib.

Pərvanə