Zelenski israilli həmkarı ilə danışıb

Ukrayna prezidenti Volodimir Zelenski ilə israilli həmkarı İsxak Hersoq arasında telefon danışığı olub.

AzNews.az xəbər verir ki, bu barədə V.Zelenski tviterdə yazıb.

"İsrail prezidenti İsxak Hersoq ilə telefon danışığım olub. Ümid edirəm ki, hökumət qurulduqdan sonra Ukrayna-İsrail əməkdaşlığı daha da dərinləşəcək. Mən həmçinin enerji sənayemizin ehtiyacları haqqında məlumat verdim və “Ukraynadan taxıl” təşəbbüsünə qoşulmağa dəvət etdim", - deyə o bildirib.

Pərvanə