Belçikanın məğlubiyyətindən sonra Brüsseldə iğtişaş baş verib

Belçika komandasının Dünya Çempionatında məğlubiyyətindən sonra Brüsseldə iğtişaş baş verib.

Aznews.az xəbər verir ki, məğlubiyyətdən sonra azarkeşlər avtomobilləri zədələyib, iş yerlərinə ziyan vurublar. İğtişaşların qarşısını almaq üçün paytaxta əlavə qüvvələr cəlb olunub. Şəhər meri sakinləri mərkəzi küçələrə getməməyə çağırıb.

Qeyd edək ki, bu gün Qətərdə keçirilən Dünya Çempionatında Belçika komandası Mərakeşə 0:2 hesabı ilə uduzub.