"NATO danışıqlarında irəliləyiş var" - Tobias Billström

İsveç xarici işlər naziri Tobias Billström Buxarestdə keçirilən NATO Xarici İşlər Nazirləri Toplantısında türkiyəli və finlandiyalı həmkarları görüşüb.

Aznews.az xəbər verir ki, o Mövlud Çavuşoğlu və Pekka Haavisto ilə görüşünü ölkəsinin dövlət televiziyası SVT-yə dəyərləndirib.

"NATO danışıqlarında irəliləyiş əldə olunub. Dünən Buxarestdə görüşdüyüm digər həmkarlarım da bunu təsdiqlədilər. Çox yaxında Türkiyəyə gedəcəyəm və xarici işlər naziri Çavuşoğlu ilə görüşəcəyəm. Orada bir çox məsələləri müzakirə etmək imkanımız olacaq. Mən bu görüşü səbirsizliklə gözləyirəm”, - Billström bildirib.

Billström Türkiyənin İsveçin NATO üzvlüyünü nə vaxt təsdiq edəcəyini bilmədiyini də əlavə edib.

"Sabit bir zamana işarə etmək düzgün olmaz. Ancaq irəliləyiş əldə olunduqca Türkiyə parlamenti İsveçin NATO üzvlüyünü təsdiq edə biləcək nöqtəyə gələ bilər", - deyə o qeyd edib.

Mövsüm