Şimali Kipr Prezidenti Ersin Tatar Anastasiadis ilə görüşüb

Şimali Kipr Türk Respublikası Rəyasət Heyətindən verilən açıqlamaya görə, Ersin Tatar və Nikos Anastasiadis BMT Baş katibinin xüsusi nümayəndəsi Kolin Stüartın ev sahibliyi ilə Yaşıl Xətt üzərindəki bufer zonada yerləşən Ledra Palace otelində il sonu qəbuluna qatılıb. Kipr üçün və BMT Sülhməramlı Qüvvələrinin (UNFICYP) Kiprdəki missiyasının rəhbəri sosial görüşdə iştirak edib.

Aznews.az xəbər verir ki,qəbulun açılış nitqi ilə çıxış edən Stüart iştiraklarına görə iki liderə, onların xüsusi nümayəndələrinə, danışıqlar aparan şəxslərə və texniki komitə üzvlərinə təşəkkür edib. BMT mənbələrindən alınan məlumata görə, qəbulda Tatar və Anastasiadis 10 dəqiqədən çox davam edən görüş keçirib. Tatar və Anastasiadis görüşdən sonra əl sıxaraq Stüartla şəkil çəkdiriblər.

Mövsüm