İsrail təyyarələri Qəzza zolağına hava zərbələri endirib

İsrail döyüş təyyarələrinin Qəzzada Fələstin silahlı qruplaşmalarına məxsus hərbi bölgəyə hava hücumu təşkil etdiyi bildirilib.

Anews.az xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyi hücumda ölən və ya yaralananların olub-olmaması ilə bağlı açıqlama verməyib.

İsrail ordusundan verilən açıqlamada, Qəzzadan sərhədə yaxın yəhudi yaşayış məntəqələrinə doğru 2 raket atıldığı və bunun hava hücumundan müdafiə sistemi tərəfindən qarşısı alındığı açıqlanıb.

Mövsüm