Nigeriyada Lassa epidemiyası: fövqəladə vəziyyət elan edilib

Nigeriyada heyvanlardan insanlara keçən və ölümlə nəticələnə bilən Lassa qızdırmasının yayılması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin direktoru Dr. İfedayo Adetifa açıqlamasında epidemiyaya qarşı işlərə başlanıldığını bildirib.

Qeyd edək ki, yanvar ayında ölkədə 244 nəfərdə aşkar edilən xəstəlikdən 37 nəfər dünyasını dəyişib.

Mali, Toqo, Qana, Liberiya, Sierra Leone kimi bir çox Afrika ölkəsində müşahidə edilən Lassa qızdırması ilk dəfə Nigeriyada 1969-cu ildə ölkənin şimal-şərqindəki Borno əyalətində rast gəlinib.

Nigeriya hökuməti 23 yanvar 2019-cu ildə Lassa qızdırması səbəbindən fövqəladə vəziyyət elan edib.

Siçan nəcisi ilə təmas nəticəsində insana keçən xəstəlik ölümcül hemorragik qızdırma yaradır.

Səlahiyyətlilər əhaliyə siçan və digər gəmiricilərlə təmasda olmamaq barədə xəbərdarlıq edib.

Pərvanə