Çinin aparıcı banklarından birinin qurucusu yoxa çıxıb

Çinin ən əhəmiyyətli investisiya banklarından biri olan "China Renaissance"ın qurucusu Bao Fan yoxa çıxıb.

Şirkətdən bildiriblər ki, Baonun yoxa çıxmasının şirkətin biznesi ilə bağlı olub-olmadığı məlum deyil.

Açıqlamadan sonra şirkət səhmləri Honq Konq birjasında günə təxminən 50% dəyər itirməklə başladı.

Əvvəllər "Credit Suisse" və "Morgan Stanley" kimi aparıcı Qərb banklarında çalışan Bao 2005-ci ildə "China Renaissance"ı qurub və 2018-ci ildə birjaya çıxaraq 346 milyon dollar qazanıb.