BMT: Müharibə başlayandan bəri ən azı 8 min dinc sakin həlak olub

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Komitəsi (OHCHR) Rusiyanın 12 ay əvvəl hücumlarına başladığı vaxtdan bəri Ukraynada ən azı 8006 mülki şəxsin öldürüldüyünü bildirib.

Aznews.az xəbər verir ki, OHCHR bildirib ki, münaqişə zamanı daha 13 287 mülki şəxs yaralanıb.

BMT-nin insan haqları üzrə ali komissarı Volker Türk deyib ki, bu rəqəmlər “Rusiyanın silahlı hücumu başlayandan bəri insan itkilərini və dəyən zərəri açıq şəkildə göstərir”.

“Bizim məlumatlarımız aysberqin yalnız görünən hissəsidir. Mülki əhaliyə dəyən zərər dözülməzdir. Soyuq qış aylarında elektrik enerjisi və su qıtlığı fonunda 18 milyona yaxın insanın humanitar yardıma ciddi ehtiyacı var və təxminən 14 milyon insan öz evindən didərgin düşüb”, o əlavə edib.

Mövsüm