Qazaxıstan Almaniyaya neft nəqlinə başlayır

Qazaxıstanın Almaniyaya ilk mərhələdə 20 min ton neft göndərdiyi bildirilir.

Aznews.az xəbər verir ki, Qazaxıstan Milli Neft Nəqliyyatı Şirkətinin (KazTransOil) verdiyi açıqlamada, fevralın 25-də Almaniyaya ixrac üçün 20 min ton Qazaxıstan neftinin Polşa sərhədindəki Adamova Zastava neft terminalına göndərildiyi bildirilib .

Açıqlamda , neftin Adamova Zastava terminalına ötürülməsi üçün Rusiyanın neft və qaz nəqli şirkəti Transneft-in boru kəmərlərinə neft vurulduğu qeyd edilib.

Bildirilib ki, “KazTransOil” 2023-cü ildə eyni marşrutla 1,2 milyon ton Qazaxıstan neftinin Almaniyaya nəqli üçün “Transneft”lə razılaşıb.

Qeyd edək ki, KazTransOil bu ilin birinci rübündə Almaniyaya 300 min ton neft göndərməyi planlaşdırdıqlarını açıqlayıb.

Mövsüm