Azərbaycanın İsraildəki Səfirliyi bir həftədən sonra açılacaq

Azərbaycanın İsraildə səfirliyinin açılmasına 7 gün qalıb.

Aznews.az xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı Səfirliyi tvitterdə paylaşım edib.

"Bu münasibətlə İsrail Səfirliyi 7 günlük “7 gündə İsrailə bileti necə udmaq olar?!” kampaniyasına start verir", - paylaşımda deyilir.