Almaniyada atışma olub

Almaniyanın Hamburq şəhərində gecə saatlarında baş verən atışmada iki nəfər ölüb.

Aznews.az xəbər verir ki, bu barədə "Bild" qəzeti xəbər verib.

Məlumata əsasən, hadisə şahidləri yerli vaxtla saat 23:32 radələrində küçələrdən birində atəş səslərinin olduğunu bildiriblər. Polis iki kişinin cəsədini tapıb, onların hər ikisi güllə yaralarından ölüb.