Macarıstanın Baş naziri dünyanı yeni müharibə ilə üz-üzə görür

Növbəti dünya müharibəsi riski olduqca nəzərə çarpır və bu, mübaliğə deyil.

Aznews.az xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban Kossuth Radiosuna bildirib.

O xəbərdarlıq edib ki, Avropa İttifaqı Ukraynaya qoşun göndərmək məsələsini müzakirə etməkdə davam edir, bu, Rusiya ilə birbaşa münaqişəyə səbəb ola bilər.

Orbanın sözlərinə görə, Qərb Rusiyaya qarşı davam edən hərbi əməliyyatlar üçün getdikcə daha güclü silahlar göndərir, buna görə də III Dünya Müharibəsi ssenarisi “artıq ədəbi şişirtmə deyil”. "İndi bu, əsl təhlükədir", - Macarıstanın baş naziri vurğulayıb.

"Avropa liderləri artıq Aİ ölkələrinin bəzi sülhməramlı qüvvələrini Ukraynaya göndərə biləcəyini düşünürlər", - Orban deyib.

Mövsüm