- Dünyanın halı
- 31 Mart 2023 21:40
- 4 345
NATO əməkdaşlarının “TikTok” yükləməsi qadağan edilib
NATO öz əməkdaşlarına Çin sosial şəbəkə tətbiqi “TikTok”u xidməti cihazlara yükləməyi qadağan edib.
Aznews.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Televiziyanın məlumatına görə, NATO rəhbərliyi öz əməkdaşlarına bildiriş göndərib.
Bununla da qadağa rəsmiləşib. Əslində daxili texniki məhdudiyyətlər səbəbindən əvvəllər də “TikTok” tətbiqi alyansın cihazlarında istifadə oluna bilməyib.