Malayziya BMT-ni Məscidül-Əqsaya basqına görə İsraili məsuliyyətə cəlb etməyə çağırıb

Malayziyanın baş naziri Ənvər İbrahim Birləşmiş Millətlər Təşkilatı (BMT) və beynəlxalq ictimaiyyəti Məscidül-Əqsada fələstinlilərə hücum edən İsraili məsuliyyətə cəlb etməyə çağırıb.

Aznews.az xəbər verir ki, Ənvər İbrahim, Twitter-dəki paylaşımında, "Malayziya, beynəlxalq ictimaiyyət, xüsusilə Birləşmiş Millətlər Təhlükəsizlik Şurasını İsraili cinayətlərinə görə cavabdehləşdirməyə, onları məsuliyyətə cəlb etməyə və həbsdə olan fələstinlilərin dərhal azad edilməsini təmin etməyə çağırır”.

Beynəlxalq ictimaiyyətin dərhal İsraili sülh və sabitlik üçün təxribatçı hərəkətlərinə son qoymağa çağırması lazım olduğunu bildirən İbrahim, “Malayziya Fələstin xalqı ilə həmrəy olmağa davam edəcək və Qüdsün müsəlmanların müqəddəs yeri olduğunu bir daha təkrarlayacaq” deyə qeyd edib.

Mövsüm