- Dünyanın halı
- 25 May 17:18
- 1 168
Yaponiyada silahlı şəxs insanlara hücum edib

Yaponiyada naməlum şəxsin odlu silah və bıçaqla hücumları nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb.
Yaponiyanın Naqano əyalətinin mərkəzində üzünü maska və gün eynəyi ilə gizlədən şəxs odlu silah və bıçaqla insanlara hücum edib.
Hadisədə biri qadın, 2-si polis olmaqla 3 nəfər aparıldıqları xəstəxanada həyatını itirib, 1 nəfər isə yaralanıb.
Qeyd edək ki, Yaponiyada lisenziyalı silah sahibi olmaq istəyənlərə uzun və çətin təlim verilir.
Mövsüm
Aznews.az