ABŞ Iran və Çin vətəndaşı və 6 təşkilata qarşı sanksiyalar tətbiq edib

ABŞ İran və Çin Xalq Respublikasında yerləşən 7 fiziki şəxs və 6 təşkilatın satınalma şəbəkəsinə sanksiya tətbiq edəcək.

Aznews.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü tərəfindən verilən yazılı açıqlamada İranın ballistik raket proqramının əsas rol oynayan insanları və təşkilatları hədəf aldığı qeyd edilib.

Bəyanatda : "Birləşmiş Ştatlar İranın satınalma şəbəkələrini pozmaq üçün əlində olan hər vasitədən istifadə etməkdə qərarlıdır və müttəfiqləri və tərəfdaşları ilə İranı öz hərəkətlərinə görə cavabdeh olması üçün çalışır",-deyə qeyd edilib.

Mövsüm