Liviyada qrupların axtarış-xilasetmə işləri davam edir

Liviyada baş verən sel fəlakətindən sonra Rusiya Fövqəladə Hallar Nazirliyi (EMERCOM) və İtaliyanın yanğınsöndürmə briqadası "Vigili del Fuoko" sahədə fəaliyyətlərini davam etdirir.

Aznews.az xəbər verir ki, EMERCOM-dan edilən açıqlamada 50 xilasedicinin sahədə aktiv şəkildə çalışdığı və səyyar xəstəxananın yaradıldığı bildirilib.

Xilasetmə işlərinin koordinasiyasını təmin etmək üçün səhra düşərgəsi də yaradıldığını bildirən EMERCOM, “Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dağılmış binaların zirzəmiləri də daxil olmaqla, ən çətin ərazilərə baxış keçirməli olacaqlar. “Bundan başqa, Rusiya xilasetmə qrupları yerli axtarış qruplarına rəhbərlik edir, risk səviyyəsini peşəkarcasına qiymətləndirir və işin istiqamətini müəyyənləşdirir",-deyə bildirilib.

"Vigili del Fuoko" çöl işlərindən görüntüləri paylaşaraq “İtalyanlar vəzifədədirlər” ,-deyə qeyd edib.

Mövsüm