Husilərin hücumunda həlak olan bəhreyn əsgərlərinin sayı 3-ə yüksəlib

Bəhreyn bir gün əvvəl husilərin Səudiyyə Ərəbistanı- Yəmən sərhədində həyata keçirdiyi hücumda yaralanan daha bir əsgərinin öldüyünü açıqlayıb.

Aznews.az xəbər verir ki, Bəhreynin rəsmi agentliyi BNA-nın xəbərinə görə, Bəhreyn Müdafiə Qüvvələri Baş Komandanlığı məsələ ilə bağlı yazılı açıqlama verib.

Açıqlamada, husilərin 25 sentyabrda Yəmən sərhədində Səudiyyə Ərəbistanı ərazisində pilotsuz uçuş aparatı (PUA) ilə həyata keçirdiyi hücumda yaralanan bir əsgərin öldüyü qeyd edilib.

Bununla da husilərin hücumunda həlak olan bəhreyn əsgərlərinin sayı 3-ə yüksəlib.

Bəhreyn Müdafiə Qüvvələri Baş Komandanlığının verdiyi məlumata görə, sentyabrın 25-də husilərin Səudiyyə Ərəbistanı -Yəmən sərhədi ərazisində Ərəb koalisiya qüvvələri tərkibində xidmət edən Bəhreyn əsgərlərinin mövqelərinə PUA ilə hücumu nəticəsində 2 əsgər şəhid olub, bəzi əsgərlər isə yaralanıb.

Açıqlamada husilərin hücumunun “Yəməndə müharibə edən tərəflər arasında hərbi əməliyyatların dayandırılmasına baxmayaraq” baş verdiyi vurğulanıb.

Mövsüm