- Dünyanın halı
- 7 Noyabr 2023 11:40
- 3 552
Humanitar yardım daşıyan 70 yük maşını Qəzza zolağına daxil olub

Beynəlxalq humanitar yardım daşıyan ən azı 70 yük maşını Rəfah keçidi vasitəsilə Qəzza zolağına daxil olub.
Aznews.az xəbər verir ki, bu barədə İsrail hökumətinin Fələstin ərazilərindəki fəaliyyətlərinin əlaqələndirilməsi idarəsi məlumat yayıb.
“Beynəlxalq humanitar yardım daşıyan 70 yük maşını yoxlanılaraq bu gün Rəfah keçidi vasitəsilə Qəzza zolağına çatdırılıb”, - idarənin X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində deyilir.
Bildirilib ki, humanitar yardıma dərman, qida və su daxildir.
Mövsüm