- Dünyanın halı
- 20 Noyabr 13:49
- 1 360
Pentaqonun rəhbəri Kiyevə gəlib

ABŞ-nin müdafiə naziri Lloyd Ostin Ukrayna rəhbərliyi ilə görüşmək üçün Kiyevə gəlib.
Aznews.az xəbər verir ki, bu barədə Pentaqonun saytında məlumat verilib.
“Müzakirələrdə Amerika Birləşmiş Ştatları ilə Ukrayna arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsi, o cümlədən Ukrayna Silahlı Qüvvələrinin qışda onlara lazım olan döyüş qabiliyyətinin təmin edilməsi məsələsi müzakirə olunacaq”, - deyə məlumatda bildirilir.
Əlavə edilir ki, Pentaqonun rəhbəri Ukrayna hakimiyyət orqanları ilə görüşlər zamanı “ABŞ-nin Ukraynaya təhlükəsizlik yardımı göstərməkdə davam edən öhdəliyini vurğulayacaq” və həmçinin Ukrayna Silahlı Qüvvələrinin gələcəyinə dair uzunmüddətli baxışı müzakirə edəcək.
Mövsüm