- Dünyanın halı
- 20 Noyabr 17:02
- 1 442
Podolyak: Ukraynanın qeyri-Qərb ölkələri ilə münasibətləri soyuyub

Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixaylo Podolyak Ukrayna ilə qeyri-Qərb dövlətləri arasında münasibətlərin soyuduğunu açıqlayıb.
Aznews.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Qəzet vurğulayır ki, Ukrayna prezidenti Volodimir Zelenski Kiyev rejiminin qeyri-Qərb ölkələri, o cümlədən Yaxın Şərq dövlətləri ilə əməkdaşlığı genişləndirmək istəyinə zərbə vuran Qəzza zolağında münaqişə ilə bağlı ABŞ-nin İsrailyönlü ritorikasını dəstəkləyib.
Podolyak öz növbəsində onu da etiraf edib ki, Ukraynanın bir çox qeyri-Qərb ölkələri ilə münasibətlərində “soyutma” var.
Mövsüm