- Dünyanın halı
- 28 Noyabr 2023 17:13
- 3 565
Finlandiya Rusiya ilə sərhəddə yeni məhdudiyyətlər elan edib
Finlandiya rəhbərliyi çərşənbə axşamı Rusiya Federasiyası ilə sərhəddə yeni məhdudiyyətlər barədə qərar verəcək.
Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin rəhbəri Mari Rantanen məlumat verib.
"Hökumət şərq sərhədində yeni tədbirlər haqqında bu gün, çərşənbə axşamı qərar verəcək",-deyə Rantanen bildirib.
Qeyd olunub ki, şərq sərhədi ilə bağlı brifinq yerli vaxtla saat 16:00-da keçiriləcək. Eyni zamanda, Rantanen məlumatın dəqiq nə zaman ortaya çıxacağını və yeni tədbirlərin nədən ibarət olacağını açıqlamayıb.
Mövsüm
Aznews.az