Ukraynanın Macarıstan və Slovakiya ilə sərhədində 1,6 min yük maşını dayanıb

Macarıstan və Slovakiyadan Ukraynaya daxil olmaq üçün 1,6 minə yaxın yük maşını növbəyə durub.

Bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Andrey Demçenko məlumat verib.

“Bu gün səhər saatlarına olan məlumata görə, Slovakiya ilə sərhəddəki Ujqorod-Vışne-Nemekke keçid məntəqəsində 600-ə yaxın yük maşını növbə çəkir. Macarıstanla sərhəddə, Tisa keçid məntəqəsi ilə üzbəüz Ukraynaya doğru sərhədi keçmək üçün gözləyən minə qədər yük maşını var”, - deyə o,qeyd edib.

Mövsüm

Aznews.az