- Dünyanın halı
- 4 Dekabr 2023 13:53
- 4 321
Ukrayna-Polşa sərhədində boş yük maşınları üçün keçid məntəqəsi açılıb
Polşa və Ukrayna sərhədindəki Uqrinov-Dolqobiçiv keçid məntəqəsi bazar ertəsi, dekabrın 4-nə keçən gecə boş yük maşınlarının keçməsi üçün açılıb.
Aznews.az xəbər verir ki, bu barədə Rada telekanalının efirində Ukrayna Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Andrey Demçenko bildirib.
O qeyd edib ki, yerli vaxtla saat 1:00-dan keçid məntəqəsində yük maşınlarının qeydiyyatına başlanılıb. Demçenko əlavə edib ki, saat 8:00-a olan məlumata görə, 30 yük maşını qeydiyyata alınıb, 60-a yaxın avtomobil isə gözləmə rejimindədir.
Mövsüm