Bağdadda ABŞ səfirliyinin yerləşdiyi Yaşıl Zonaya raket hücumu olub

İraq və Suriyadakı Amerika hərbi bazaları oktyabrın ortalarından bəri İranın dəstəklədiyi silahlı qruplar tərəfindən 70-dən çox hücuma məruz qalıb. Lakin bu hücumlarda mülki diplomatik nümayəndəliklər hədəf alınmayıb.

Cümə günü səhər saatlarında İraqın paytaxtı Bağdadda ABŞ səfirliyinin yerləşdiyi Yaşıl Zonaya güclü təhlükəsizlik tədbirləri altında çoxlu raket atıldığı bildirilib.

"Reuters"-ə danışan iki anonim mənbə qeyd edib ki, raketlərin hara düşdüyü və hər hansı ziyanın olub-olmadığı aydın deyil.

Sosial şəbəkələrdə yayılan videolara görə, səfirliyin yaxınlığında partlayış səsləri eşidilib və xəbərdarlıq sirenləri insanları gizlənməyə çağırıb.

Mövsüm

Aznews.az