De Kroo: AB-nin Rusiyaya qarşı 12-ci sanksiyalar paketi almaz idxalını qadağan edəcək

Avropa İttifaqı (Aİ) ölkələri Rusiyadan almaz idxalına qadağanın yer aldığı 12-ci anti-Rusiya sanksiyalar paketini hazırlayıb.

Bu barədə Belçikanın Baş naziri Aleksandr De Kroo məlumat verib.

“Növbəti sanksiya paketi hazırlanıb, bu paketin mühüm elementlərindən biri Qrup Yeddi (G7) bazarı üçün Rusiya brilyantlarına qadağa qoyulmasıdır”,-deyə De Kroo qeyd edib.

O, əlavə edib ki, Aİ səlahiyyətliləri bir neçə aydır ki, Rusiyadan gələn brilyantların sanksiya məhdudiyyətlərinə daxil olmasını təmin etmək üçün çalışırlar və beləliklə, nəhayət, ümumi razılıq əldə edə biliblər.

Mövsüm

Aznews.az