Polşa Aİ-də mərkəzləşdirmə planlarına qarşı müqavimətin artdığını bildirdi

Avropa İttifaqında (Aİ) mərkəzləşmə planlarına qarşı müqavimət artıb.

Bu barədə Polşanın xarici işlər naziri Şimon Şinkovski vel Şenk jurnalistlərə bildirib.

“Müqavilələrin dəyişdirilməsi ilə bağlı təhlükələri anlayan ölkələr qrupu böyüyür və artır. Bu, Avropa İttifaqı səviyyəsində qəbul edilən qərarları irəli aparmağa imkan verdi. Onlar növbəti Avropa Şurasında qəbul edilməyəcək və bu yaxşıdır. Eyni zamanda, yəqin ki, yazda qayıdacaqlar. Brüsseldən olan bürokratlar artıq bu barədə danışırlar”, - Şinkovski vel Şenk qeyd edib/

Şinkovskinin sözlərinə görə, Polşa Avropa səviyyəsində qərarların qəbulunu yavaşlatmağa, həmçinin prosedurun bağlanmasını və məsələnin “zibil qutusuna atılmasını” təmin etməyə çalışır. Onun fikrincə, Aİ-də dəyişikliklərə müqavimət göstərən ondan çox ölkə var.

Mövsüm

Aznews.az