ABŞ-də “Boeing” yük təyyarəsi qəfildən alışıb

ABŞ-də Boeing 747-8 yük təyyarəsinin mühərriki qəfildən alışıb.

Bu barədə "New York Times" qəzeti məlumat yayıb.

“Atlas Air” təyyarəsi Mayami hava limanından Puerto-Rikoya uçub. 50 dəqiqədən sonra təyyarə cəmi 96 km uçaraq geri qayıdıb.

“Heyət bütün standart prosedurlara əməl etdi və sağ-salamat hava limanına qayıtdı. "Atlas Air"-də təhlükəsizlik həmişə bizim əsas prioritetimizdir və biz səbəbi müəyyən etmək üçün hərtərəfli araşdırma aparacağıq”, - aviaşirkətdən bildiriblər.

Mövsüm

Aznews.az