- Dünyanın halı
- 23 Yanvar 2024 13:47
- 3 490
Tokio Şimali Koreya-Rusiya hərbi əlaqələrinin artmasından narahatdır - Yaponiya XİN
Tokio Rusiyanın Koreya Xalq Demokratik Respublikasına (KXDR) hərbi yardım göstərə biləcəyinə inandığından, Yaponiya Moskva və Pxenyan arasında münasibətlərin inkişafını artan narahatlıqla izləyir.
Aznews.az xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Yoko Kamikava növbəti mətbuat konfransında verdiyi açıqlamada bildirib.
“Rusiyanın Şimali Koreyaya hərbi yardım göstərəcəyindən narahatıq. Kamikava eyni zamanda KXDR-in Rusiyaya müxtəlif silahlar ötürdüyünü iddia edib. Yaponiyanın xarici işlər naziri KXDR ilə hər hansı silah ticarətinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulması olduğunu bəyan edərək, beynəlxalq ictimaiyyəti onlara tam əməl etməyə çağırıb.
Mövsüm