- Dünyanın halı
- 24 Yanvar 2024 14:43
- 3 518
Macarıstan İsveçin NATO-ya üzvlüyünü təsdiq etməyən yeganə ölkə oldu
Türkiyə Böyük Millət Məclisi (TBMM) dünən İsveçin NATO üzvlüyünü təsdiqlədikdən sonra Macarıstan Skandinaviya ölkəsinin alyansa daxil olması üçün son maneə olaraq qalıb.
Macarıstan Türkiyə ilə birlikdə İsveçin NATO-ya üzv olmaq cəhdlərinin qarşısını müxtəlif səbəblərdən alırdı. İsveçin NATO-ya üzvlüyü məsələsinin Türkiyə Böyük Millət Məclisinin gündəminə çıxarılacağı eşidiləndən sonra Macarıstanda gərginləşən siyasi gündəm dünən Viktor Orbanın İsveçin baş naziri Ulf Kristerssonu Budapeştə dəvət etməsi ilə daha da sürətlənib. Orbanın sözlərinə görə, iclasın gündəliyi İsveçin NATO-ya üzvlüyü məsələsi olacaq. Lakin diplomatik münasibətlərdə nadir hallarda görülən bir sürətlə İsveç bu çağırışa cavab verib: İsveçin xarici işlər naziri Tobias Billstrom dəvəti rədd edib və İsveçin Macarıstanla ölkənin NATO üzvlüyü ilə bağlı müzakirə edəcəyi yeni gündəm olmadığını söyləyib. Ankaradan gələn müsbət xəbərin ardınca İsveç Türkiyədən NATO-ya üzvlük üçün viza aldı və Macarıstan əvvəldən heç istəmədiyi bir vəziyyətdə, yəni İsveçi NATO-ya üzvlüyə təsdiq etməyən yeganə ölkə olaraq qalıb.
Mövsüm
Aznews.az