- Dünyanın halı
- 8 Fevral 2024 16:21
- 3 052
Fransa 2023-cü ilin yayında istilərdən 5 min nəfərin öldüyünü bildirdi

Fransada 2023-cü ilin yayında 5 mindən çox insan həddindən artıq istilərlə bağlı səbəblərdən ölüb.
Bu barədə Fransa Milli Səhiyyə Agentliyi məlumat verib.
“Bütün yay müşahidələri dövründə (iyunun 1-dən sentyabrın 15-dək) hər hansı istilərlə bağlı səbəblərdən ölənlərin sayı 5 mindən çox artıb”, - deyə məlumatda bildirilib.
Qeyd olunur ki, bu, bu dövrdə ölkədə baş verən ümumi ölüm sayının 3%-dən çoxunu təşkil edir. Yayın istisi Fransa əhalisinin 73%-nə təsir edib. Eyni zamanda, isti hava ilə əlaqədar 20 min nəfər təcili yardıma müraciət edib, onlardan 10,6 min nəfəri xəstəxanaya yerləşdirilib”, - deyə idarədən bildiriblər.
Mövsüm
Aznews.az