Blinken Braziliya lideri ilə görüşüb: Gündəm Qəzza

ABŞ dövlət katibi Entoni Blinken Braziliyada prezident Luiz İnasio Lula da Silva ilə görüşüb .

Braziliya Prezident Aparatı, Blinken və Lula arasında keçirilən görüşdə G20, enerji, Qəzza və Ukraynada sülh səylərinin müzakirə edildiyini açıqlayıb.

Blinken Braziliyanın Qayana və Venesuela arasında dialoq üçün göstərdiyi səyləri yüksək qiymətləndirdiyini bildirib.

Lula Blinkenə Ukrayna və Qəzzada qarşıdurmaların sona çatması lazım olduğunu təkrarlayıb və hər ikisinin Fələstin dövlətinin qurulmasının zəruriliyi mövzusunda həmfikir olduqları ifadə edilib.

Blinken Lulanın İsrailə qarşı son “Holokost” şərhləri ilə razılaşmadıqlarını bildirib.

Mövsüm

Aznews.az