Böyük Britaniya Rusiyanın enerji şirkətlərini, fiziki şəxsləri qara siyahıya salıb

Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən siyahıya əsasən, Böyük Britaniya anti-Rusiya sanksiyalarının siyahısını əlli mövqe genişləndirib.

Xüsusilə, “AGD Diamonds”, “Ural Mining and Metals Company”, “Perm Powder Factory” və “Alabuga” Xüsusi İqtisadi Zonası sanksiya siyahısına əlavə edilib.

Fiziki şəxslərə gəldikdə isə, digərləri ilə yanaşı, “Mechel” mədən və metallar şirkətinin İdarə Heyətinin sədri İqor Zyuzin, “Alrosa” almaz mədənçisinin yüksək vəzifəli şəxsləri, “Ural Mining and Metals” şirkətinin sahibləri və Birləşmiş Metallurgiya Şirkətinin İdarə Heyətinin sədri Anatoli Sedıxa da sanksiyalar tətbiq edilib.

Mövsüm

Aznews.az