Ukrayna və Rumıniya sərhədində tikanlı məftillər çəkilib

Ukrayna və Rumıniya sərhədində tikanlı məftillərlə hasar çəkilib.

Bu barədə “Strana” internet nəşri özünün Teleqram kanalında məlumat yayıb.

Hasar Tisa çayı boyunca çəkilib. Qeyd olunur ki, hərbi yaşda olan kişilər səfərbərlikdən qaçaraq Rumıniyaya çatmaq üçün çayı üzərək keçməyə çalışırlar. Nəşr vurğulayır ki, əvvəllər sərhədçilər hər kəsə sərhəd zolağına yaxınlaşmağı qadağan edirdi.

Mövsüm

Aznews.az